Nazpəri: “Qadın işləməsin, ər çörəyi yesin” – Video

Xalq artisti Nazpəri Dostəliyeva müzakirələrə səbəb olacaq açıqlama verib.

XALQ.AZ xəbər verir ki, sənətçi növbəti dəfə “Zaurla Günaydın” proqramında qadınlara qarşı ayrıseçkiliyə yol verib. Belə ki, o, canlı efirdə qadınların işləməsinin əleyhinə olduğunu söyləyib:

“Bu gün çox istəyərdim ki, qadın işləməsin, həyat yoldaşının çörəyini yesin! Çünki indi o qədər qəliz məsələlər var ki… Bir qadın övladının müəlliməsi olsa, məktəbdə dərs verəndən daha çox övladına dəstək ola bilər. Kişi o qadını işləməyə qoymur ki, həyatının sonunadək xanımını və uşaqlarını qorumağı bacarır. Əgər kişi qadını, uşaqları saxlaya bilmirsə, bu, düzgün deyil”.

Qeyd edək ki, iki oğlan övladı olan N. Dostəliyeva bundan öncə “qızım olsaydı, universitetə getməyə qoymazdım” deyə bildirmiş, buna görə sosial şəbəkələrdə sərt  tənqid olunmuşdu.

XALQ.AZ