Necati Şaşmaz 1320 nəfəri güllələyib

Polad

XALQ.AZ  xəbər verir ki, “Kurtlar Vadisi Pusu” ilə bağlı maraqlı statistika var. Serialın nümayişə başlandığı 2003-cü ildən bəri baş qəhrəman Necati Şaşmaz 1320 nəfəri güllələyib, 28 nəfəri asıb, 14 nəfəri suda boğub, 11 nəfəri havada partladıb, 7 nəfərin qorxudan ürəyini partladıb, 4 nəfəri intihara sövq edib, 24962 nəfərin yol qəzasında, 14976 nəfərin atışmada, 2052 nəfərin gəmi qəzasında həlak olmasına səbəb olub. Polad Aləmdar bu zaman 46 adda odlu, 25 növ soyuq silahdan istifadə edib. Serial ərzində Aləmdar 4 dəfə ağlayıb, 225 dəfə gülüb, 304 dəfə tək yəni(3) asqırıb.
Polad Aləmdara qarşı 24 dövlətin ordusu, kəşfiyyat və təhlükəiszlik xidmətləri mübarizə aparıb, amma çarəsiz qalıb. Polad Aləmdar 56 mafiya “baba”sını və 143 mütəşəkkil cinayətkar qruplaşmanı məhv edib.Serial davam etdikcə rəqəmlərdə dəyişəcək.