Neft bahalaşır

 

78

 

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair yanvar müqaviləsinin dəyəri 0,27 dollar və ya 0,3% artaraq 1 barelə görə 97,65 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, dekabrın 6-da ICE London qitələrarası birjasında yanvarda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,63 dollar və ya 0,6% artaraq 111,61 dollar olub.