Neft tankerinə hucum olub

05

 

Xalq.az xəbər verir ki, dəniz quldurları Ədən körfəzində İrana məxsus neft tankerinə basqın etmişlər. İranın bu ərazidəki hərbi katerlərinin müdaxiləsi nəticəsində təhlükə sovuşmuşdur.
Dəniz quldurlarının tankerə iri çaplı silahlardan atəş açdığı bildirilir. Məlumata görə, quldurlar xam neft yüklü tankeri qaçırmaq istəmişlər.