Neftçalada daha bir yüksək vəzifəli şəxs saxlanıldı

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Neftçala rayonunda daha bir yüksək vəzifəli şəxsi saxlayıb.

XALQ.AZ-ın xəbərinə görə, bu, Neftçala rayon Təhsil Şöbəsinin müdiri Kərimov Əjdər Abasət oğludur.

Qeyd edək ki, ötən gün Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Neftçala rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyevi rüşvət alarkən saxlayıb.unikal.org