Neftçalalılar Ulu öndərin davamçısını dəstəklədiklərini bildirdilər

 

09

Yeni Azərbaycan Partiyasının təbliğat-təşviqat kampaniyası çərçivəsində respublikanın müxtəlif rayonlarında keçirilən kütləvi tədbirlər plana uyğun olaraq davam edir.

Belə görüşlərdən biri də YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Arif Rəhimzadə, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və YAP Neftçala rayon təşkilatının sədri Anar Cəfərovun iştirakı rayonun Yenikənd, Xıllı və Bankə kəndlərinin seçiciləri ilə keçirildi.

Xıllı kənd ağsaqqalı və ziyalıları adından Siyasət Talıbov çıxış edərək, İlham Əliyevin onlar üçün tək namizəd olduğunu, onun yürütdüyü siyasətin düzgün və Azərbaycanı uğurlu gələcəyə aparan siyasət olduğunu bildirərək Ulu öndərin davamçısını dəstəkləyəcəklərini bildirdi.