“Neftçilər”də insident: Özünü qatar yoluna atdı

Daxili İşlər Nazirliyi dünən Bakı Metropolitenində baş vermiş insidentlə bağlı məlumat yayıb.

DİN-dən XALQ.AZ-a verilən məlumata görə, dekabrın 11-də saat 18 radələrində metronun “Neftçilər” stansiyasının platformasında bir nəfər özünü qatar yoluna atıb.

Bu zaman orada olan DİN BİTİ-yə bilavasitə tabe olan Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşları tərəfindən dərhal görülmüş tədbirlərlə həmin şəxs qatar yolundan çıxarılıb. Onun Masallı rayon sakini V.Əzimov olması müəyyən edilib.

XALQ.AZ