Neftin qiyməti sürətlə bahalaşır

Yanvarın 25-də dünya birjalarında qara qızılın qiyməti bahalaşıb.

XALQ.AZ-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti bir barelə görə 0,65 dollar və ya 0,99% artaraq 66,26 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin mart fyuçersləri 1,5 faiz artaraq bir barel üçün 71,01 dollar təşkil edib.

Qeyd edək ki, Şimal dənizi neft qatışığının qiyməti sonuncu dəfə 2014-cü ilin 3 dekabr tarixində 71 dollardan yuxarı olub.

RƏSUL