Nicat Müslümov “Müxalif gəncləri düz yolda deyil”

GHK  eks-prezidenti  Nicat Müslümov  müxalif gəncləri düz yolda deyil
GHK eks-prezidenti Nicat Müslümov müxalif gəncləri düz yolda deyil

Biz müxalif gənclərə deyəndə ki, düz yolda deyilsiniz, sizdən müxalifət maşa kimi istifadə edir, bizə inanmaq istəmirdilər.

” Gənc Heydərçilər Klubu ”-nun eks-prezidenti Nicat Müslümov özünün Facebook səhifəsində paylaşıb.

Djb.az xəbər verir ki, ” Gənc Heydərçilər Klubu ”-nun eks-prezidenti Nicat Müslümov müxalif fikirli gənclərə səslənərək bildirib ki, qanunsuz əməllərə alət olmasınlar:

“Deyirdik qanunsuz əməllərə alət olmayın, təhsilinizi artırın, vətən üçün işlər görün. Ölkədə gənclər üçün hər şərait yaradılıb, bundan bəhrələnin, amma inanmaq istəmirdilər”.

Nicat Müslümov vurğulayıb ki, həmin gənclər indi başa düşdülər ki, deyilənlərin hər biri reallıqdır.

“İndi isə gördülər ki, biz deyənlər reallıqdır. Bunlardan yalnızca istifadə etməyə çalışıb, yalan vədlərlə röyalarda gəzdiriblər. Bunların güvəndikləri dırnaqarası liderləri onları yarı yolda qoydu və bəzi insanların maşası oldu.

Əziz gənclər dəyərmiydi bunlara?! Antimilli Insanlar !!!!!! Prezidentimiz İlham Əliyevin uğurlu siyasətindən irəli gəlir. Biz gənc olaraq hər zaman öz Prezidentimizin siyasətini dəstəkləməliyik. Biz hər zaman bir olsaq Vətənimiz, öz milli-mənəvi dəyərlərimiz, mədəniyyətimiz hər zaman öndə durar və digər ölkələrdə daha yaxşı tanınar”. Bir neçə layihələr, tədbirlər keçirdik və hər birində çalışdıq ki, Azərbaycanın güclü bir dövlət olduğunu, güclü ordusunun olduğunu göstərək. Önəmli olan bu möhtəşəm uğura imza atmaqdır. Əsas olan bizim üçün keyfiyyətdir. Nə qədər ki, Vətənini, dövlətini, milli-mənəvi dəyərlərini bilən Azərbaycan gəncləri var, biz bundan da böyük uğurlara imza atacayıq”. Məqsədimiz Azərbaycanda və Azərbaycandan kənarda ölkəmizi sevənləri Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasına sıx birləşdirməkdir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin əsas dəstəkverici qüvvəsi, təbliğatçısı və təşviqatçısı olmaq.