Nigar Arpadaraidən İLK AÇIQLAMA

“Son həftələr ərzində yüzlərlə insanla görüşdüm, ailələrlə tanış oldum, Səbailin hər tərəfini gəzdim, seçkiqabağı təşviqat kampaniyamı insanlarla ünsiyyət üzərindən qurdum. İnsanlarla ünsiyyətdən ilhamlandım, Səbail əhlinə, xalqıma xidmət etmək əzmim gündən-günə möhkəmləndi”.

XALQ.AZ-ın xəbərinə görə bunu, deputat seçilən Nigar Arpadarai deyib.

“Dünənki soyuq havada seçkiyə gəlib mənə səs verən, məni şəxsən tanıyan və tanımayan insanlara, bu günlər ərzində yeni qazandığım dostlarıma, məni dəstəkləyən hər kəsə dərin təşəkkürümü bildirirəm! Etimad göstərdiyiniz üçün, Sizin səsinin olmağa layiq bildiyiniz üçün çox sağ olun! Sizin dəstəyiniz, etimadınız, məni çox ruhlandırır! Seçdiyim yolun doğru olduğuna heç bir şübhəm yoxdur. Məni heç kim bu yoldan döndərə bilməz! Əsas amalım növbəti 5 il ərzində Sizin üçün çalışmaq, millətimə xidmət etməkdir. Mənimlə çiyin-çiyinə çalışan dəyərli komandam, könüllülərimiz, yaxınlarım və ailə üzvlərimə təşəkkür edirəm” – N.Arpadari qeyd edib.