Nigar Camal: Əxlaqsız, cəhənnəmdə yanacaqsan-Foto

“Eurovision 2011” qalibi Nigar Camal sosial şəbəkədə rəy yazan bir qrup izləyicini lağa qoyub.

XALQ.AZ xəbər verir ki, ifaçı dünya şöhrətli ifaçı Beyonsun videosunu “Instagram” hesabında paylaşaraq, müğənniyə gözəl rəylər yazıldığını bildirib.

Bu rəyləri Azərbaycanla müqayisə edən Nigar sosial şəbəkə gerçəkliyini ortaya qoyub.

“Beyonsun konsertindən bir videoya rast gəldim. Maraqlı idi ki, kim nə yazır.

Xaricilər: Nə gözəl paltar, mənim şahzadəm, necə də gözəldir və s. yəni, 80 faiz insan müsbət şərhlər yazıb.

Amma bizdə olsa, oğlanlar:

“Ala, nə gündəsən?!”, “Olar bir sual verim?”, “Babat şeysən”, “Salam, xoşum gəlir səndən”, “Qocalmısan”, “Mənim sənə verdiyim sevgini varlı verə bilməz”, “Direktə bax”, “Balsan, bal, yeyərəm səni”, “Ürəksən ürək”, “Əxlaqsız”, Qiyamət günündə cavab verəcəksən”, “Az qalıb, sizin də vaxtınız gələcək”, “Niyə cavab vermirsən?”, “Bir az sadə ol”.

Qızlar:

“Zəhləm gedir səndən”, “Nə gündəsən?”, “Qocaldın, yaşın gedir, ay Beyons”, “Bu da üç uşaq anası”, “Boynunu yerə soxum”, “Əxlaqsız, cəhənnəmdə yanacaqsan”, “Görəsən, bunu kim saxlayır?”, “Kimə lazımsan?”, “Dayday axtarır”, “Nə iyrənc qarnın var”, “Xalis plastika, bu da özünü adam sayır”, “Sevirəm bu qızı, amma çənəsi pisdi”, “Çuşka, guya bombadı da”, “Zövqsüz, ayıb olsun, tərbiyəsiz”, “Qıjıdır”, “Parolun bərpası”.

Qeyd edək ki, Camal sosial şəbəkə paylaşımları ilə tez-tez gündəmə gəlir.

 

 

Orxan