Nigar yarıçılpaq fotosunu paylaşdı-Foto

Müğənni Nigar Camalın yeni görüntüsü yayılıb.

 

XALQ.AZ  xəbər verir ki, o, yeni görüntüsünü İnstagram səhifəsində paylaşıb. Görüntüdə ifaçının “body” də olması müzakirələrə səbəb olub. Nigar Camal fotonun Ukraynada klip çəkilişi zamanı çəkildiyini vurğulayıb. Bundan əlavə müğənni may ayında yeni klipinin işıq üzü görəcəyini də bildirib.

Foto izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Kimi ona bu geyimin çox yaraşdığını, kimi isə “Bunun əynin də heç nə yoxdu, lütdü” deyə  rəy bildirib.

Xatırladaq ki, Nigar Camal 2012-ci il Avroviziya mahnı müsabiqəsində həmkarı Eldar Qasımov ilə Azərbaycanı təmsil edərək, qalib olub.

 

 

Orxan


Comments are closed.