Nigar yarıçılpaq geyimdə-Foto

“Eurovision 2011” qalibi Nigar Camal yenə də sosial şəbəkədə paylaşdığı fotosu ilə gündəmə gəlib.

XALQ.AZ xəbər verir ki, müğənni qısa geyimdə və arxadan şəklini İnstaqram səhifəsində yerləşdirib. Sənətçi fotoya “Kişi həmişə öyünmək üçün kimisə axtarır. Qadın isə hər zaman başını qoya biləcəyi çiyin axtarır” sözlərini yazıb.

Nigarın şəkildəki geyimi izləyiciləri tərəfindən tənqid olunub. İfaçı yazılan nalayiq sözlərin qarşısını almaq üçün fotodakı şərh bölümünü bağlayıb.

 

 

Orxan