Paşinyan və ailəsi koronavirusa yoluxub

Ermənistanın baş naziri Nikol Paşinyana koronavirus diaqnozu qoyulub.

XALQ.AZ xəbər verir ki, bunu hökumət başçısı özünün “Facebook” səhifəsində canlı yayımda bildirib.   

“İqamətgahdan işləyəcəyəm. Məndə rabitə üçün bütün şərait və vasitələr var. Nə qədər mümkün olarsa, o qədər də çalışacağam”, – baş nazir deyib. 

N.Paşinyandan başqa, onun bütün ailə üzvləri də koronavirusa yoluxub: “Görünür, ailə üzvləri məhz məndən yoluxublar”.

Qeyd edək ki, Paşinyanın COVİD19 virusuna yoluxamsını XALQ.AZ yazmışdı və bu haqda Paşinyan (Covid-19) yoluxub, koronavirus olan nazirlərlə təmasda olub başlıqlı yazıda oxumaq olar.