Nikolay Patruşev Azərbaycana səfər edəcək

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycana səfər edəcək. Trend-in məlumatına görə, səfər sentyabrın 4-də baş tutacaq. Rusiya KİV-ləri Təhlükəsizlik Şurası aparatına istinadən N.Patruşevin təhlükəsizlik məsələləri üzrə Rusiya-Azərbaycan görüşündə iştirak etmək üçün Bakıya səfər etdiyini yazıblar.

Bakıda onun müvafiq qurumlarda yüksək səviyyəli görüşlər keçirəcəyi gözlənilir.