Niyaməddin Quliyev AzTV-dən getdi
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) Maliyyə və Mühasibat Uçotu Departamentinin direktoru Niyaməddin Quliyev vəzifəsindən uzaqlaşdırılıb.
Artıq bir həftədən çoxdur bu barədə qərar verilib.
Qeyd edək ki, son 4 ildə artıq 4-cü şəxsdir ki, departament rəhbəri vəzifəsindən kənarlaşdırılır.
Digər məlumata görə, Niyaməddin Quliyev hazırda məzuniyyətə göndərilib. Məzuniyyət başa çatdıqdan sonra onun haqqında rəsmi əmr veriləcək. Yəqin elə bu səbəbdəndir ki, AzTV-nin rəsmi saytında hələ də Maliyyə və Mühasibat Uçotu Departamentinin direktoru vəzifəsində onun adı göstərilir.