Niyazi Bayramov görüş keçirib

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşlarla görüşüb.

XALQ.AZ xəbər verir ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq keçirilən görüşlərdən növbətisi Gəncənin Gülüstan qəsəbəsində baş tutub.

“Açıq mikrofon” şəraitində keçən görüşdə 60-dan artıq sakinin şikayət və təklifi dinlənilib.Çoxmərtəbəli binaların dam ortüklərinin yenilənməsi və fasadlarının təmiri, uşaqların asudə vaxtının səmərəli təşkili üçün binaların həyətlərində oyun meydançalarının yaradılması, ara küçələrin asfaltlanması kimi məsələlər müraciətlərin əsasını təşkil ediblər. Bununla yanaşı işlə təminat, torpaq sahələrinin verilməsi üçün sakinlərin növbəyə götürülməsi kimi məsələlər də dilə gətirilib.

Sakinlərə məlumat verilib ki, çoxmərtəbəli binaların dam örtüklərinin dəyişdirilməsi diqqətdə saxlanılan məsələlərdəndir. Gəncənin əsas və ara küçələrinin asfaltlanması da gündəmdədir və bu iş mərhələli şəkildə həyata keçiriləcək. Görüşdə səsləndirilən bir çox problemlər yerindəcə öz həllini tapıb. Bir sıra müraciətlər isə araşdırılması üçün qeydiyyata alınıblar.

Qeyd edək ki, bu tip görüş və fərdi qəbullar sakinlərin problemlərinin öyrənilməsinə və onların aradan qaldırılmasına xidmət edir.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.