Niyazi Bayramov sakinlərlə görüşüb

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Cavad xan qəsəbəsinin sakinləri ilə görüşüb.

XALQ.AZ xəbər verir ki, görüşdə 30-dan artıq müraciətə baxılıb. Niyazi Bayramova məlumat verilib ki, Cavad xan Gəncənin son illərdə salınan və sürətlə böyüyən qəsəbələrindən biridir. Hazırda burada 10 mindən artıq sakin yaşayır. Narahatlıq doğuran məsələlərdən ən önəmliləri qəsəbənin ərazisində məktəb binasının olmaması, artezyan quyularının azlığı, yeni salınan küçələrə adların verilməməsidir. Həmçinin yaxınlıqda ödəmə terminallarının, ATM-lərin, ən əsası isə Aptekin olmaması sakinlər üçün çətinlik yaradır.

Qəsəbə sakinlərinin dilə gətirdikləri məsələlər qeydiyyata alınıb və onların tez bir zamanda həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Bildirilib ki, Gəncənin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin 4-cü mərhələsi yekunlaşdıqda Cavad xan qəsəbəsinin su problemi həll olunacaq. Ərazidə məktəb binasının inşası müvafiq Dövlət Proqramına salınıb. Yeni küçələrə adların verilməsi məsələsinə gəldikdə isə bildirilib ki, Gəncədə olan 1131 küçəyə adlar verilib, hazırda ünvan lövhələrinin hazırlanması istiqamətində iş aparılır. Qəbulda qəsəbənin ümumi problemləri ilə yanaşı, sakinlərin fərdi şikayətləri də dinlənilib.

Onlar arasında işlə təminat, ev və obyekt tikintisi üçün torpaq sahəsinin verilməsi kimi məsələlər üstünlük təşkil edib. Bir sıra müraciətlər elə yerindəcə öz həllini tapıb. Bəzi məsələlər isə araşdırılmaları üçün qeydiyyata alınıblar.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq keçirilən görüşlərin məqsədi sakinlərin problemlərini öyrənmək və onları aradan qaldırmaqdır.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.