Nizami rayonunda binada yaşayış olaraq söküntü aparan "Orbita" MTK-nın rəhbərinin oğluna vəzifə verildi-Araşdırma
Metronun Qara Qarayev stansiyasının yaxınlığında sakinlər ilə MTK razılığa gələ bilmirlər.
XALQ.AZ məlumat verir ki, paytaxtın Nizami rayonu, Kamil Balakişiyev küçəsindən gedir.

Ümumilikdə binada 100-dən artıq ailə yaşayır. Onların əksəriyyəti ilə razılıq əldə edilsə də, 15-ə yaxın əmlak sahibi istəklərinin təmin edilmədiyini bildirir.
Məlum olduki, həmin ərazidə 4 küçənin kəsişməsində “Orbita” MTK, 7 ədəd, 15 mərtəbəli yaşayış binasını tikilir.

Şirkətin tikinti direktoru Qulu Cəfərov bildirdi i, artıq 32 ailə köçürülüb, 80-a yaxın ailə ilə razılıq əldə edilsə də, 15 ailəni razı sala bilmirlər. O hazırda bu istiqamətdə işin getdiyini bildirdi.

Qulu Cəfərov sakinlər ola-ola binanın sökülməsi məsələsinə də aydınlıq gətirdi, Bildirib ki, boşaldan mənzillərin qapı pəncərəsi sökülür. Lakin görüntülərdən göründüyü kimi boş olan mənzillər artıq sökülüb və binada yaşayan digər sakinlər üçün ciddi təhlükə yaranır.
XALQ.AZ-ın məlumatına görə, Orbita” MTK-nın sahibi Bağıyev Famil Qambay oğludur. İcraçı direktor isə, Nizami bələdiyyəsinə yeni seçilən oğlu Bağıyev Amil Famil oğludur.