Nobel Sülh Mükafatı təqdim edilib

Bu gün Nobel Sülh Mükafatının təqdimat mərasimi keçirilib.

XALQ.AZ Nobel Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, mərasim Norveçin paytaxtı Oslo şəhərində baş tutub.

2019-cu il Nobel Sülh Mükafatı Efiopiya Baş Naziri Abiy Əhməd Əliyə təqdim edilib.

Baş Nazir Efiopiya və Eritreya arasındakı müharibəni başa çatdırmaq üçün göstərdiyi səylərə görə bu mükafata layiq görülüb.

XALQ.AZ