“Normal bir seks olarsa, icazə var”

Futbol

Braziliya Milli Futbol Komandasının baş məşqçisi Felipe Skolari dünya çempionatı əvvəli maraqlı açıqlama verib.

Xalq.az-ın xəbərinə görə, futbol üzrə Braziliya millisinin baş məşqçisi Felipe Skolari Portuqaliyanın paytaxtı Lissabonda iştirak etdiyi konfrans zamanı jurnalistləri də güldürən açıqlamalar səsləndirib.

Məlum olduğu kimi bir çox baş məşqçilər oyunçularına matçlardan əvvəl cinsi münasibətdə olmağı qadağan edir. Bu mövzuda fikri soruşulan Skolari belə cavab verib:

“Normal bir seks olarsa, icazə var. Lakin akrobatik pozalardan istifadəyə icazə vermirəm. Çünki normal olmayan formalarda onlar özlərini zədələyə bilərlər”.

Skolarinin bu cavabı konfransda iştirak edən jurnalistləri qəhqəhəyə boğub.