Növbədənkənar parlament seçkiləri keçirilməsi ilə bağlı -RƏSMİ MƏLUMATLAR

“2018-ci ilin aprelin 11-də baş tutan prezident seçkilərindən sonra ən müxtəlif səviyyələrdə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı fikirlər səsləndirilir. Yeni Azərbaycan Partiyasının səlahiyyətli şəxsləri tərəfindən buna ehtiyacın olmadığı da qeyd edilib. 2019-cu ildə isə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı məsələ yenidən gündəmə gəlib. Getdikcə bu məsələ özünün aktuallığını hələ də saxlayır”.

XALQ.AZ-ın əməkdaşının  sosial şəbəkələrdə araşdırmalarına görə   növbədən kənar parlament seçkiləri müzakirə mövzusudur. KİV-də   politoloqların  açıqlamalarında seçkilərin keçirilməsi qaçılmaz olduğu  müşahidə olunur. Bu il ölkədə bələdiyyə seçkiləri keçiriləcək artıq Mərkəzi Seçki Komissiyası DSK-na lazımı hazırlıqların görülməsi üçün işlər aparılır. Lakin məlumatlara əsasən növbəti parlament seçkilərində iştirak etmək istəyənlər də artıq  hazırlıqlı gözləmək mövqeyindədirlər.  Baş Nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov  jurnalistlərə açıqlamasında deyib ki, növbəti parlament seçkiləri gələn il baş tutacaq.  Digər məlumatda isə  Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, hazırda Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üçün əsas görmürəm.

Lakin müşahidələrimiz göstərir ki, 2019-cu ildə  növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı qərar qəbul edilə bilər.