Növbəti ixrac missiyası Çinə gedəcək

XALQ.AZ xəbər verir ki, Azərbaycan məhsulları Urumçidə keçiriləcək “Çin-Avrasiya” sərgisində nümayiş olunacaq

“Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən növbəti ixrac missiyası avqustun 29-dan sentyabrın 3-dək Çin Xalq Respublikasının Urumçi şəhərinə təşkil olunacaq.

Nazirliyin mətbuat xidmətindən  bildirilib ki, ixrac missiyasına müsabiqə əsasında seçilmiş və qida, təbii mineral sular, şərab və digər spirtli içkilər, fındıq və qurudulmuş meyvə istehsalı sahəsində fəaliyyət göstərən 21 Azərbaycan şirkəti daxildir.

Səfər zamanı Azərbaycan və Çin şirkətlərinin nümayəndələri arasında ikitərəfli görüşlər keçiriləcək, ixrac məsələləri müzakirə ediləcək.

İxrac missiyası çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə ölkəmizin məhsulları Urumçidə keçiriləcək “Çin-Avrasiya” sərgisində də nümayiş olunacaq.

 

 

Orxan

29.99 ₼ -dan başlayan qiymətlərlə
* Intel Core i3-2100 3.1GHz 2c
* 1x 500GB SATA və ya 1x 120GB SSD Disk Həcmi
* 4GB DDR3 RAM
* 50TB Trafik
* 100Mbit/s Sürət
Ətraflı məlumat üçün daxil olun:
https://hostimul.com/az/fiziki-server/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.