Novruz Aslanov “online” rejimdə seçicilərin müraciətlərini dinlədi
Milli Məclisin deputatı Novruzəli Aslanov 27 fevral 2025-ci il tarixində İsmayıllıda kəskin hava şəraiti nəzərə alınmaqla növbəti dəfə vətəndaşların qəbulunu Bakıdan canlı rejimdə video formatında keçirib.
XALQ.AZ xəbər verir ki, fevralın 27-də keçirilən “online” qəbula İsmayıllıdan olan seçicilər, o cümlədən Vətən müharibəsinin veteranları da qatılıblar. Deputat qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan sosial yönümlü məsələləri, həmçinin məişət xarakterli problemləri və şəxsi müraciətləri qeydə alaraq onların həlli məqsədilə müvafiq addımların atılacağını bildirib.
Novruzəli Aslanovun keçirdiyi “online” qəbula qatılan seçicilər və rayon ictimaiyyətinin nümayəndələri Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.