Novruz Aslanov qəbul keçirib

Millət vəkili Novruz Aslanov oktyabrın 31-də İsmayıllı rayonuna növbəti səfərini edib.

XALQ.AZ xəbər verir ki, deputat İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovla birgə rayon icra hakimiyyətinin binasında sakinləri qəbul ediblər. Bir çox məsələlər ətrafında müzakirələr aparılıb.

Rayon sakinləri onlara göstərilən diqqətə görə deputata və icra hakimiyyətinin başçısına təşəkkür ediblər.

Qaldırılan məsələlər əsasən sosial yönümlü olub. Torpaq, təbii qazla təchizat, bəzi şəxsi məişət problemləri barədə mürəciətlər edilib.

Millət vəkili Novruz Aslanov səlahiyyətlərinə aid olan bir neçə məsələnin həllinə mümkün köməkliyin edəcəyini bildirib.

Sakinlərin müraciətlərinin həlli üçün qəbulda iştirak edən yerli qurumların nümayəndələrinə müvafiq tövsiyə və tapşırıqlar verilib.

Orxan