Novruz Aslanov şəhid ailələrini ziyarət etdi

May ayının 6-da millət vəkili Novruz Aslanov İsmayıllı rayonuna səfər edərək növbəti dəfə seçicilərinin qəbulunu keçirib. Pandemiya qaydalarına uyğun olaraq keçirilən qəbulda 80-ə yaxın sakin iştirak edib.    

XALQ.AZ xəbər verir ki, qəbulda seçicilərin qaldırdığı məsələlər ətrafında müzakirələr aparılıb. Şəxsi məişət problemi ilə bağlı bir neçə məsələ yerindəcə həll olunub.Sosial sahəyə aid məsələlər də əsas müraciətlər sırasında yer alıb. Deputataedilən müraciətlər qeydiyyata alınıb və əlaqədar qurumlara müraciətin ediləcəyi bildirilib. 

Qəbuldan sonra Novruz Aslanov rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovla birgə şəhid Ramil Musayevin ailəsini ziyarət edərək onun doğum günü xatirəsini anıblar.Ramil Musayev    44 gün davam edən Vətən müharibəsi dövründəXüsusi Təyinatlı Qüvvələrin tərkibindəKəlbəcər rayonu istiqamətində, sonra isə Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 4-də Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Ramil Musayev ölümündən sonra “Qarabağ” ordeni, “Vətən Uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Maçağı kəndində isə şəhid Əşrəf Məmmədlinin ailə üzvləri ilə görüş olub. Şəhidin ailə üzvləri Novruz Aslanova və Nahid Bağırova onları ziyarət etdiklərindən məmnunluqlarını bildirmişlər. İftar süfrəsi arxasında şəhidin şərəfli döyüş yolu ilə bağlı xatirələr yada salınıb və səmimi söhbətlər aparılıb.