Deputat seçicilərlə onlayn görüşdü

NOVRUZZZ

Xüsusi rejimli karantin dövründə deputat Novruz Aslanov seçiciləri ilə onlayn əlaqə saxlayır. Sentyabrın 3-də İsmayıllı rayon sakinləri ilə növbəti belə qəbul keçirilib.

XALQ.AZ xəbər verir ki, millət vəkili ilə telefon vasitəsilə fərdi qaydada İsmayıllı rayon sakinləri əlaqə saxlayıb və ona mövcud problemlər barədə məlumat veriblər. Müraciət edənlər qeydiyyata alınıb, bir neçə məsələ yerindəcə həllini tapıb, həlli zaman tələb edən məsələlərlə bağlı əlaqədar strukturlara müraciətin ediləcəyi bildirilib.   

Məlumat üçün bildirək ki, hər həftənini IV günü münasib vaxtlarda millət vəkili İsmayıllı rayon seçiciləri ilə görüşmək üçün rayona səfərlər edir və ya Bakı şəhərindəki ofisindən onlayn qəbullar keçirir.