Novruz Aslanovun da namizədliyi təsdiqləndi

Tanınmış bəstəkar, millət vəkili, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanovun da namizədliyi təsdiqlənib.

Bu haqda XALQ.Az-a açıqlamasında Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Rövşən Əliyev məlumat verib.

O, qeyd edib ki, N. Aslanovun namizədliyi bugünlərdə 86 saylı İsmayıllı Dairə Seçki Komissiyası (DSK) tərəfindən qeydə alınıb.

Qeyd edək, N.Aslanov 4-cü dəfədir seçkilərə qatılır.

O, 3-cü çağırışdan, 2005-ci ildən bu yana 86 saylı İsmayıllı Seçki Dairəsini parlamentdə təmsil edir.

Hazırda da həmin dairədən namizədliyini verib və qeydə alınıb.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) isə 86 saylı İsmayıllı seçki dairəsindən Muradov Zaur Fazil oğlunun namizədliyini irəli sürüb.

XALQ.AZ