Novruz Aslanovun təşviqat kampaniyası davam edir – FOTO

86 saylı İsmayıllı seçki dairəsindən deputatlığa namizəd Novruz Aslanovun təşviqat kampaniyası xəbər verdiyimiz kimi kəndlərdə başa çatıb.

Deputatlığa namizədin seçki qərərgahından XALQ.AZ-a bildirilib ki, təşviqat İsmayıllı rayonunun 62 kəndini əhatə edib. Namizəd vəkilləri ilə birgə bu kəndlərdə seçiciləri ilə görüşüb.

Kəndlərin çox olması səbəbindən vaxt məhdudiyyəti nəzərə alınaraq, bir neçə kənddə Novruz Aslanovun vəkilləri seçicilər ilə görüşüb. Gün ərzidə ucqar dağ kəndləri də daxil olmaqla 4-6 kəndə səfər edilib. Hazırda İsmayıllı şəhərinin ərazisində seçicilərlə görüşlər davam edir. Bu günə kimi mədəniyyət mərkəzində iki kütləvi tədbir keçirilib. Birinci təhsil işçiləri ilə, ikincisi səhiyyə və mədəniyyət işçiləri ilə kütləvi görüşlər baş tutub. Şəhərdə daha iki görüş agsaqqallar və dini icmanın nüməyəndələri ilə keçirilib.

Yanvarın 31-də İsmayıllı şəhərinin inzibati ərazisinə daxil edilən Tingçilik və Qəzli adlandırılan ərazilərdə Novruz Aslanovun vəkilləri seçicilər ilə görüş keçirib. Görüşdə respublikada aparılan islahatlardan, bölgələrdə sosial-iqtisadi sahədəki yeniliklərdən söhbət açılıb. Seçiciləri maraqlandıran bəzi məsələlər barədə müzakirələr aparılıb.

Novruz Aslanovun deputatlıq fəaliyyəti barədə məlumatlar verilib və daim seçicilərin yanında olaraq, onların üzləşdiyi problemlərin həllinə çalışdığını bildiriblər.

XALQ.AZ