Novruz Aslanovun təşviqat kampaniyası İsmayıllı şəhərini əhatə edib – FOTO

Fevralın 6-da Novruz Aslanov İsmayıllı şəhərində növbəti görüşünü keçirib. Görüş çay süfrəsi arxasında səmimi söhbətlərlə davam edib.

XALQ.AZ xəbər verir ki, əməkdar incəsənət xadimi Baba Vəziroğlunun namizədin vəkili kimi iştirak etdiyi görüşə gələn seçicilər bu dəvətə görə Novruz Aslanova öz təşəkkürlərini bildiriblər.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının İsmayıllı şəhərinin bütün kənd və qəsəbələrini əhatə etməsi barədə məlumatlar verən Novruz Aslanov əlaqədar qurumların bu işlərin icrasında kifayət qədər zəhmət sərf etdiyini bildirib. Xüsusilə, yol infrastrukturunun yenilənməsi kəndlərin mövcud problemlərinin həlli istiqamətində görülən işlərdən ən əsasını təşkil etdiyini və bu işlərin davamlı olaraq icra olunmasını, gələcəkdə bütün kəndləri əhatə edəcəyini söyləyib. Mavi yanacaq, enerji və su problemlərinin demək olar ki, böyük əksəriyyətinin həll olunduğunu, həlli zaman tələb edən məsələlərin mərhələli şəkildə icrasının təmin olunacağını vurğulayıb.

Baba Vəziroğlu çıxışında Novruz Aslanovun vəkili olmasından məmnunluğunu bildirib. Onun deputatlıq fəaliyyətinin şəffaf olduğunu, hər həftə rayona səfərindən, seçicilərin problemləri ilə yaxından məşğul olmasından danışıb. Rayon üçün də əlindən gələni əsirgəməməsini, bu işlərdə yerli icra strukturları ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb və bu işlərin davamlı olmasını arzulayıb.

Məlumat üçün bildirək ki, fevralın 7-də Novruz Aslanovun sonuncu görüşündən sonra təşviqat kampaniyası öz işini bitirəcək.   

This image has an empty alt attribute; its file name is IMG_38341581057158.JPG
This image has an empty alt attribute; its file name is IMG_38371581057158.JPG
This image has an empty alt attribute; its file name is IMG_38441581057158.JPG

XALQ.AZ