Novruz bayramında əfv olmayacaq

45

 

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasında növbəti əfv sərəncamı ilə bağlı məsələ müzakirə olunmur. Bu məlumat Modern.az saytına həmin komissiyadan verilib:

“Bəzi informasiya agentlikləri bu barədə yazırlar. Guya, əfv olacaq. Amma vaxt çatanda məlum olur ki, heç bir əfv olmadı. Sonra da deyirlər ki, bəs deyilmişdi, niyə əfv sərəncamı imzalanmadı?”.
Qeyd edək ki, prezident İlham Əliyev sonuncu dəfə ötən ilin oktyabr ayında əfv sərəncamı imzalayıb. Bu əfv sərəncamı ilə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev və onun qardaşı Rafiq Əliyev də əfv olunublar.