Novruz bayramında 9 gün iş olmayacaq

 

Novruz

Novruz bayramında 9 gün iş olmayacaq.

XALQ.AZ-ın məlumatına görə, bu il bayram günləri mart ayının 20-dən 24-dək davam edəcək.

Ayın 18 və 19-u, eləcə də, 25 və 26-sı şənbə-bazar günlərinə təsadüf etdiyi üçün beş günlük qrafiklə çalışanlar üçün 9 gün qeyri-iş günü olacaq.

Gələn həftənin isə çərşənbə günü istirahət günüdür. Belə ki, 8 Mart Beynəlxalq qadınlar günü qeyd ediləcək.

İstirahət və bayram günləri nəzərə alınmaqla mart ayında 14 gün istirahət edə biləcəyik.