Novruz Məmmədovun oğlu yüksək vəzifəyə təyin edildi

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin rəisi polis polkovnik-leytenantı İsmayıl Məmmədov vəzifəsindən azad olunub.

XALQ.AZ xəbər verir ki, bu barədə Unikal.org-a DİN-dən məlumat verilib.

Nazirin digər əmri ilə İ.Məmmədov DİN-nin Baş Cinayət Axtarışı İdarəsinin baş əməliyyatçısı təyin olunub.

XALQ.AZ