Novruzda bu qurumlar adi iş rejimində çalışacaq – Siyahı

Koronavirus (COVID-19) xəstəliyinin yayılmasının qarşısının alınması üzrə Azərbaycan hökuməti tərəfindən aparılan profilaktik tədbirlərlə əlaqədar bir sıra strukturlar Novruz bayramındakı qeyri-iş günlərində adi iş rejimində çalışacaq.

XALQ.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd olunub ki, siyahıda qeyd olunan strukturlardan başqa gündəlik həyat təminatı əhəmiyyətı olan digər qurumların Novruz bayramı günlərində iş rejiminin dəyişdirilməsi zərurəti yarandıqda əlavə məlumat veriləcək.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası

Azərbaycan Respubikasının Nazirlər Kabineti

Səhiyyə işçiləri (Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyti, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), dövlət və özəl səhiyyə müəssisələri)

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ( o cümlədən Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri)

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

Azərbaycan Respublikasının Baş Prokurorluğu

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti

Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

Azərbaycan Respublikasının Ədliyə Nazirliyi

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti

Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti orqanları

Azərbaycan Respublikasının Mərkəzi Bankı

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti

“Azəriqaz” İstehsalat Birliyi

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti

SOCAR Qapalı Səhmdar Cəmiyyəti

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti