Novxanıda qardaş qardaşını çəkiclə öldürdü

 

03

Bu gün Sumqayıt şəhərində dəhşətli qətl hadisəsi törədilmişdir. Sumqayıt Şəhər Polis İdarəsindən AzərTac-a verilən məlumata görə, hadisə Novxanı bağlar massivində qeydə alınmışdır. Bağ evlərindən birində yaşayan 35 yaşlı Seyfəddinov Rəşad Oqtay oğlu mübahisə zəminində qardaşı, 37 yaşlı Tamerlanı başından çəkiclə vuraraq öldürmüşdür.
Polis idarəsindən verilən ilkin məlumata görə, R.Seyfəddinov qardaşını anasını döydüyü üçün mübahisə zamanı qətlə yetirmişdir. Sumqayıt polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən R.Seyfəddinov tutulmuşdur.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda cinayət işi açılmışdır.