Nufuzlu iş adamının deputatlığa namizədliyi-Təsdiqləndi

Xudaqulu Rzayevin deputatlığa namizədliyi qeydə alınıb.

XALQ.AZ-ın xəbərinə görə, Xudaqulu Rzayevin namizədliyi 18 saylı Nərimanov-Nizami seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə irəli sürülüb.

Qeyd edək ki, Rzayev Xuduqulu Əhəd oğlu 1962-ci il yanvar ayının 30–da Ordubad rayonunun Behrud kəndində anadan olub. Kalinin adına Leninqrad Politexnik İnstitutunu və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Xudaqulu Rzayev nüfuzlu iş adamı olmaqla yanaşı həm də əməlləri ilə yadda qalan bir xeyriyyəçi kimi tanınmaqdadır. 

Qeyd: Azərbaycanda 2020-ci ilin fevralın 9-da növbədənkənar parlament seçkiləri keçiriləcək.