Nuşirəvan Məhərrəmli vəzifədən getdi

Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.

MTRŞ-dan XALQ.AZ-a verilən məlumata görə, iclasda təşkilati məsələlərə baxılıb.

“Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 17-ci bəndinə uyğun olaraq Milli Televiziya və Radio Şurasının üzvü İsmət Rəcəb oğlu Səttarov Milli Televiziya və Radio Şurasının sədri seçilib.

Nuşirəvan Məhərrəmli isə MTRŞ-nin sədri vəzifəsindən kənarlaşdırılıb.