“O, parlaq simadır, dünya səviyyəli liderdir” – Əflatun Amaşov

“Tam qətiyyətlə söyləmək olar ki, cənab İlham Əliyevin Prezidentliyi Azərbaycan xalqının öz rifahı üçün verdiyi son dərəcə böyük və dəyişməz qərardır”.

XALQ.AZ xəbər verir ki, bunu Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin parlaq sima və dünya səviyyəli lider olduğunu bildirib:

“Onun xalqı üçün gördüyü işlərin miqyası müqayisəyəgəlməzdir. Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan Respublikası cənab İlham Əliyevin idarəçilik məharətinin sayəsində yeni-yeni uca zirvələr fəth etməkdədir.

İlham Əliyev söz və ifadə azadlığının hər incəliyini ruhu ilə duyan, bu xüsusda medianın cəmiyyətdəki roluna, demokratik dövlət quruculuğu prosesinin dərinləşməsindəki missiyasına müstəsna dəyər verən dövlət başçısıdır. Belə həssas yanaşma tərzinə görədir ki, o, jurnalistlərin dostudur.

Möhtərəm cənab Prezident, doğum gününüzü təbrik edirəm. Sizə Azərbaycanın hər bir vətəndaşının rifahı, ölkəmizin uca zirvələr fəthi naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayıram”.

Qeyd edək ki, bu gün Azərbaycan prezidentinin 57 yaşı tamam olur.

 

Orxan