O sadəcə bir qadındır!

 

ays

Aysel Novruz

Bir qadının başınızın ətini yeməsi şeir deyil, şeirdəki kimi deyil, bir şairin düşündüyü kimi sevməsi, istəməsi deyil.

Bir qadın çətin vaz keçər, bu da ondandır.

Bir qadınçün dəyişmək, olduğu yerdən köç etmək ağırdır.

İt də olsa, qurd da olsa, ona zülm edən biri də olsa, o bitməməsi üçün əlindən gələn hər şeyi edər.

Yuvanı o tikər, tikdiyini öz əllərilə dağıtmaq istəməz heç vaxt.

Bir qadın sizi dəyişmək üçün çaba sərf edirsə, illah da sevir demək deyil.

O sadəcə bir qadındır və vaz keçməyi qolay-qolay bacarmır.

Vaz keçəndə də geri dönüşü olmayan bir yola qurban gedərsiniz…

Dözümlü bir qadının qədrini bilin.

Qadın da insandır, amma necə bir insan!..