Obama mərci uduzdu

Obama

Barak Obama Kanada Baş nazirinə iki yeşik pivə uduzub. ANS PRESS-in məlumatına görə, Stiven Xarper öz “Twitter” hesabında Obama ilə mərc etdiklərini və Obamanın uduzduğunu qeyd edib. Baş nazir Obamaya pivələrini göndərməsi ilə bağlı xatırlatma da edib:

“Kanadalılar Soçi Olimpiadasında kişi və qadın hokkey komandalarının matçlarında amerikalılara qalib gəlilər. Obama deyirdi ABŞ-da yaxşı komandalar var. Amma biz qalib gəldik. Mən səbirsizliklə iki yeşik pivəni gözləyirəm”.

Qeyd edək ki, Soçi Olimpiadasında qarşılaşan kişi hokkey komandaları arasında gərgin mübarizədən kanadalılar 3:2 hesabla qalib ayrılıblar. Kanadalılar növbəti görüşdə isə 1:0 hesablı qələbə ilə qalib gələrək finala çıxıblar.

Dörd il öncə də Xarper və Obama bir mərc etmişdi. O zamanda Vankuver Olimpiadasının final matçında iki ölkənin hokkey komandaları qarşılaşıb. 24 butulka pivədən mərc gələn Xarper və Obama arasında qalib kanadalı nazir olmuşdu. Kanadalıların qalib gəldiyi matçdan sonra Ağ ev Amerikanın Ottavadakı səfirliyinə 24 butulka pivə göndərmişdi.