Oğlunun ölümünə inanmadı xəstəxananın həyətində basdırdı-Foto

Abşeron rayonunda 15 yaşlı məktəblini elektrik cərəyanı vuraraq öldürüb.

XALQ.AZ xəbər verir ki,  hadisə rayonun Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, Abşeron rayonu, Saray qəsəbəsinin sakini, 2003-cü il təvəllüdlü Asim Məmmədovu elektrik cərəyanı vurub. O, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, Asim Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

Lakin ata övladının ölümünə inanmayaraq, onu xəstəxananın həyətində basdırıb. Nəticədə hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Bir neçə saatdan sonra oğlunun öldüyünü qəbul edən ata meyiti çıxararaq aparıb.

Qeyd edək ki, Asim Məmmədov A.Müzəffərov adına Saray 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdidir.

Faktla bağlı araşdırma aparılır.

Orxan