Oğuzda meşələri qırırlar?

44

 

 

Oğuz meşələri: mebel sexlərinin xammalıdır?

 

Mebel sexlərinin qanunsuz material bazası Dövlət səviyyəsində həyata keçirilən yaşıllaşdırma siyasəti ölkəmizin ekoloji durumunun sabit saxlanmasına hesablanmış humanitar siyasətdir. Bu məqsədlə dövlət büdcəsindən kifayət qədər böyük vəsaitlər ayrılıb və bir vaxtlar səhralaşmaqda olan geniş ərazilər indi əsl meşə massivinə çevrilməkdədir. Amma təəsüflər olsun ki, bir yandan yeni meşə massivlərinin salındığı vaxtda, əks prosesin də şahidi olmaqdayıq. Belə ki, yerli idarə rəhbərlərinin tamahı ucbatından mövcud meşə massivləri amansızlıqla qırılır. Problem xüsusi olaraq Oğuz rayonunda daha aktualdır. Bu səbəbdən də meşələrimiz sıra ilə qırılır. Məhv olmaq növbəsi isə hazırda Oğuz meşələrindədir. XALQ.AZ-a daxil olan məlumatlara görə, rayonun yeganə sərvəti olan meşə sahələri bir qrup şəxs tərəfindən məhv edilməkdədir: “100 illərə boya-başa çatmış bərk cinsdən olan palıd, fıstıq, görüş, çökə, vələs ağacları qanunsuz kəsilmiş və işbazlar tərəfindən satılaraq milyonlarla manat pul qazanılmışdır. Oguz meşələrinin qanunsuz qırılaraq içlik material, yeşik taxtası və odun kimi rayondan kənara satılması və külli miqdarda pul qazanılması işi adi hal alıb. Biz məsələnin ciddiliyini nəzərə alaraq ekologiya və təbii sərvətlər naziri, cənab Hüseynqulu Bağırova müraciət edərək Oğuzda reallaşdırılan “yaşıl soyqırıma” son qoyulması üçün tədbirlər görməsini xahiş edirik.  XALQ.AZ-ın elektron ünvanına göndərilən şikayətdə bildirilir ki, meşələrdə ağacların kəsilməsinin bütün rayon sakinləri məlumatlıdır. İddialara görə hətta icra başçısı Eyvaz Qurbanovun bu məsələyə biğanəlik nümayiş etdirməsi, sadəcə bu işi həyata keçirənlərlə iş birliyi olmasıdır.

 

Mövzuya qayıdacağıq

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq