Oğuzun 700 nəfər sakini kəndlərini niyə tərk edir?
Oğuzun 700 nəfərə yaxın əhalisi olan Ərmənət kəndində sakinlər təbii qazın yoxluğu səbəbindən illərdir əziyyət çəkirlər.
XALQ.AZ xəbər verir ki, Mavi yanacağa həsrət qalan sakinlər qazın olmamasına görə bir çox ailənin kəndi tərk etdiyini bildirirlər.
“Bağda olan ağacları kəsib yandırırıq. Camaat nə etsin, ölməli deyil ki”, – deyə sakin narazılığını dilə gətirib.
“Odunun dərdindən camaat rayona köçüb, kirayə qalır”, – başqa bir sakin söyləyib.
Daha ətraflı Baku TV-nin süjetində:
