Oksana ​1 ildir gizli evlilik yaşayır – Fotolar

XALQ.AZ  xəbər verir ki, hamiləlik xəbəri ilə gündəmdən düşməyən sənətçi sosial şəbəkədə deyilənlərə münasibət bildirib:

“Müzakirələrə son qoymaq üçün ilk və son dəfə olaraq mətbuat nümayəndələri vasitəsilə geniş kütləyə, tamaşaçılarıma, izləyicilərimə açıqlama vermək istəyirəm. Aylardır haqqımda yazılan fikirləri sosial şəbəkələrdən izləyirəm. Səhhətimə zərər verməmək üçün bir müddət izləməməyi qərara aldım. Lakin görürəm ki, susduqca mövzu da çoxalır.
İllərdir Azərbaycan səhnəsində çalışan, karyeramda uğurlarımı Hindistana qədər aparan bir qadınam. Çoxlarının dediyi kimi həm də gözəl qadınam. Bunları ona görə qeyd edirəm ki, bir az reallıqları da unutmayaq. Məlumdur ki, şəxsi həyatda istədiyim xoşbəxtliyi əldə edə bilməmişdim. Bu da mənim üçün bir növ həyat dərsi oldu.
Xoşbəxtəm, məni sevən, anlayan insanla artıq 1 ildir həyat yoldaşıyıq. Həyatımda şəxsi olan hər şeyi gizli yaşamağa söz vermişəm. Əminəm ki, sevənlərim mənə haqq qazandıracaq. Məni sevənləri sevirəm, bilirəm ki, nəhayət həyatımda əldə etdiyim xoşbəxtliyə onlar ürəkdən sevinir.
Qaldı ki, ana olmağımla bağlı xəbərlərə, bunun doğru olub-olmadığı zaman içində bilinəcək. Mənə şəxsi həyatla bağlı danışmağı qadağan ediblər, yaradıcılıqla bağlı kimə nə maraqlıdırsa, cavab verməyə hazıram.
Öpürəm sizləri! Hər kəsə uğurlu və sağlam həyat arzu edirəm.”

Qeyd edək ki, Oksananın gələn ay oğlan övladı olacağı xəbəri yayılıb. Həmçinin sənətçinin süni mayalanma ilə hamilə qaldığı bildirilmişdi.

 

 

Orxan