Oksana ana olduqdan sonra ilk fotosu

Xəbər verdiyimiz kimi, bir neçə həftə əvvəl rəqqasə Oksana Rəsulova ana olub.

XALQ.AZ xəbər verir ki, uzun müddətdir media qarşısına çıxmayan sənətçi sosial şəbəkədə yalnız hamilə vaxtlarının şəkillərini yayımlayırdı. Bu gün isə Oksana yeni şəklini izləyiciləri ilə paylaşıb. Onun fotoda kökəldiyi də diqqətdən qaçmayıb.

Sənətçi özü də şəklinə “Dünənki çəkilişdən… Kökəlmişəm, arıqlayıram” sözlərini yazıb.

Qeyd edək ki, Oksananın oğlu dünyaya gəlib. Övladına Osman adını qoyub. Sənətçi hamiləlik xəbərini uzun müddət hər kəsdən gizlədib. Onun süni mayalanma ilə hamilə qaldığı bildirilib. Rəqqasə isə bunun yalan olduğunu söyləyib. O deyib ki, bir ildir sevdiyi şəxslə ailə qurub.

 

 

Orxan