Oksananın ikinci dəfə toyu oldu-Fotolar

 

Paytaxtda yerləşən şadlıq saraylarından birində keçirilən toyda səs küyə səbəb olan şən və gülməli anlar yaşanıb.

Əlbəttə ki, bütün bunlar «Bayram axşamı» filminin çəkilişlərində baş verirdi.
Qeyd edək ki, real həyatda İslam Mehrəliyev evli və yenicə doğulmuş 1 övlad sahibidir. Amma filmdə tam başqa bir  həyatdan söhbət gedir.
Filmin hekayəsi çox fərqlidir və hətta ideyanı eşidəndə, gülməmək mümkün deyil.  Novruz bayramı ərəfəsində yanlış arzu tutmuş baş qəhrəman növbəti gün sifətdən böyük, bədəndən isə körpə olan adama çevrilir.
Bu formada bir neçə gün yaşamağa məcbur olan baş qəhrəmanın düşdüyü vəziyyətdən heç kimin xəbəri olmamalıdır.
Filmin çəkilişlərinə Murad Dadaşov, Firəngiz Mütəllimova, Miri Yusif, Xose Bernardo, Qurd, Əkbər Əlizadə, Cəmil Məmmədli və digərləri kimi tanınmış uıduzlar cəlb olunub. Ulduzların oynadığı bu obrazlardan bəziləri İslamla Oksananın qovuşmasına yardım edir, bəziləri isə onların xoşbəxtliklərinə mane olmağa çalışır.  Amma gördüyümüz kimi hər şey «happy end» -yəni, xoşbəxt sonluqla bitir.
Aktyorların öz dediklərinə görə onları gəlin və bəy geyimlərində görən insanlar İslamla Oksananın bir-birinə çox yaraşdıqlarını bildirib, hətta xoşbəxtlik diləyiblər.  Demək olar ki,  heç kim bütün bunların gerçək toy deyil,  film çəkilişləri olduğunu anlamayıb.  Yalnız tez-tez eşidilən «Motor, kamera, stop» sözləri baş verənləri izləyən təsadüfi insanları hərdən şübhəyə salırdı.
M Group Production ofisindən bildirirlər ki, film yerli ekranlarda bahar fəslində işıq üzü görəcək. Həmçinin, filmin digər ölkələrdə də yayımlanması planlaşdırır.

 

 

 

 

 

Aysel.Ş
BAKU.WS