“Oksigen” klinikasında əməliyyat olunan xəstə ölümlə üz-üzə

Son zamanlar özəl tibb mərkəzlərində baş verən ölüm halları, soyğunçuluq, özbaşınalıq,neqativ hallar  barədə vaxtaşırı mətbuatda məlumatlar yayılsa da, faktların araşdırılmadığı və vəziyyətin dəyişməməsi göz önündədir. Neqativ halların baş verdiyi belə yerlərdən biri də, “Oksigen” klinikasıdır. Klinika ilə bağlı mütəmadi şikayətlər eşidirik.
Adıçəkilən şikayətçilərdən biri  1966- cı il təvəllüdllü, Kəlbəcər  qaçqını  Orucov Barat Nəriman oğludur.
Barat Orucov sidik kanalına 6 mm ölçüdə daş düşməsi səbəbindən  “Oksigen” Klinikasına üz tutub.Barat Orucovun yaxınının  dediyinə görə bu lin mayın 18-də “Oksigen” klinikasında onu  Vüsal həkim əməliyyat edib və daşı  xaric ediblər.Lakin əməliyyatdan sonra Barat Orucovun vəziyyəti kəskin ağırlaşıb. Barat Orucov bir neçə  başqa  yerdə müayinədən keçib və məlum olub ki,əməliyyat vaxtı həkimlərin günahı üzündən onun orqanizminə infeksiya düşüb.Hansi ki, İnfeksiya xəstənin həyatı üçün böyük təhlükə yarada bilər.Klinikada xəstəyə infeksiyanın düşməsini onu əməliyyat  edən Vüsal cərrah da etiraf edib.O bildirib ki,əməliyyat vaxtı belə şeylər ola bilir. Hal-hazırda “Oksigen” klinikasına əməliyyat üçün külli miqdarda pul verən  Barat Orucovın vəziyyəti çox ağırdır və o sistem altındadır. Barat Orucovun yaxınları  “Oksigen” klinikasına ödənilən pulu və bu biabırçılığa cavabdeh olmalarını  tələb edirlər. Çünki “Oksigen” klinikası məsuliyyətə boynundan atır və  aparılan əməliyyat nəticəsində sağlamlığı ağır vəziyyətə düşən Barat Orucova yaxın durmur.
Qarşı tərəfi də dinləməyə hazırıq.
XAIQ.AZ

Yeganə