Oktyabrın 9 qeyri iş günü olacaq

55

 

Oktyabrın 27-də, saat 5:00-da saatın əqrəbləri bir saat geri çəkilməklə, ölkə ərazisində qış vaxtına keçiləcək.

Xalq.az  Lent.az-a istinadən xəbər verir ki, bbunu açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib.

A.Əlinin sözlərinə görə, oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar həmin gün ölkədə qeyri-iş günü olacaq.

“Qurban bayramı ilə əlaqədar oktyabrın 15-i və 16-sı da qeyri-iş günləri olacaq” – deyə, mətbuat xidmətinin rəhbəri əlavə edib.

Qeyd edək ki, 17 mart 1997-ci il Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda yay və qış vaxtına keçid tətbiq edilir.

Nazirlər Kabinetinin qərarına əsasən, martın son bazar gününə keçən gecə Azərbaycan yay vaxtına keçir və saatlar bir saat irəli çəkilir, oktyabrın son bazar gününə keçən gecə isə qış vaxtına keçir və saatlar bir saat geri çəkilir.