“Ölkəmizdə bütün istiqamətlər üzrə islahatlar gedir”

“Biz çalışacağıq ki, hamını təhlükələrdən qoruyaq”

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ekoloji sahədə aparılan islahatlardan danışıb.

Nazir bildirib ki, bu sahədə islahatlar gedir.

“Ölkəmizdə bütün istiqamətlər üzrə islahatlar gedir. Prezident İlham Əliyev bu prosesləri dəstəkləyir və müvafiq tapşırıqlar verir. Əmin ola bilərsiniz ki, ekologiya sahəsində də Azərbaycanda islahatlar aparılır və davam etdiriləcək”.

“Ekologiya həyat deməkdir. Onun qorunması, yaxşılaşdırılması və təbiətin mühafizəsi bizim əsas istiqamətimizdir. Bu yöndə bir çox proseslər gedəcək. Biz çalışacağıq ki, hamını təhlükələrdən qoruyaq”, – deyə M.Babayev qeyd edib.

 

 

Orxan