Ölkədaxili sərnişin qatarlarının hərəkəti dayandırılır

Sabahdan martın 29-na qədər Bakı-Sumqayıt-Bakı və Bakı-Pirşağı-Bakı elektrik qatarları istisna olmaqla, ölkədaxili sərnişin qatarlarının hərəkəti dayandırılır.

XALQ.AZ xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir.

Məlumata görə, söhbət aşağıdakı qatarlardan gedir: 

– Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı

– Bakı-Tbilisi-Bakı (Böyük Kəsikə kimi) sərnişin qatarı

– Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarı

– Bakı- Köçərli -Balakən-Bakı sərnişin qatarı

– Bakı-Astara-Horadiz-Bakı sərnişin qatarı

– Bakı-Yalama-Bakı elektrik qatarı

– Bakı-Şirvan-Hacıqabul-Bakı elektrik qatarı

Bu qatarlara alınan biletlər geri qaytarılarkən gediş haqqı məbləği tam şəkildə sərnişinlərə qaytarılır. Bu gün isə Bakıdan yola düşən ölkədaxili bütün qatarlar gündəlik qrafikə uyğun hərəkət edəcək.